Ev Gündəm Almaniyanın tanınmış elm mərkəzində “Bakı sirləri” adlı təqdimat keçirilib – FOTOLAR

Almaniyanın tanınmış elm mərkəzində “Bakı sirləri” adlı təqdimat keçirilib – FOTOLAR

111
0
PAY

Almaniyada Berlin Humboldt universitetində yerli alimlərin və ekspertlərin iştirakı ilə “Bakı sirləri” adlı təqdimat baş tutub. AzEuroNews.com xəbər verir ki,  Almaniya azərbaycanlılarının “Birlik İnteqrasiya və Biznes İnkişaf Mərkəzi”, Humboldt universiteti və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən təqdimatda yerli ekspertlər ilə yanaşı universitetinin dekanı Aux Eva-Mariya, Mərkəzin sədri Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Emin Salayev, qurumun direktoru Fərid Tağıyev, doktor Adil Bayramov, müxtəlif millətdən olan tədiqiqatçılar, diaspor nümayəndələri və tələbələr iştirak ediblər.
Təqdimatda professor A. Eva-Mariya müxtəlif millətlərin yaşadağı Bakı haqqında danışaraq bildirib ki, Azərbaycanın bu qədim şəhəri istər mədəni müxtəlifliyi, istərsə də maddi və intellektual ehtiyyatlarına görə hələ də öyrənilməmiş sirlərə malikdir: “Bakı təkcə nefti ilə yox, yetişdirdiyi tarixi şəxsiyyətlər və məkanına çevrildiyi ictimai-siyasi proseslər ilə də tarixi mərkəzə çevrilib. İstər şərqdə qadına seçki hüququnun verildiyi ilk ökə paytaxtı olamqla, istər şərqdə ilk respublikanın mərkəzi olmaqla, istərsə də almanlar da daxil Avropanın bir çox maqnatlarının və mütəfəkkrlərinin iz saldığı şəhər olmaqla Bakının biz avropalı alimlərin öyrənəcəyi çoxlu sirləri var. Hesab edirəm Almaniyada fəal azərbaycanlılar diasporu olmaqla biz bu sirləri zamanla öyrənəcəyik”.
Daha sonra tədqiqatçı Fuad Axundov slaydlardan ibarət məruzə söyləyərək Bakının milyonerləri, tarixi abidələri və tarixi şəxsiyyətləri barədə məlumat verib. Bakının ilk ilk neft milyonerləri barədə mövzu dinlənilib. Bakı neftinin istər bölgə, istərsə də dünya tarixində oynadığı roldan danışılıb, faktlar nümayiş etdirilib.
Təqdimatda eyni zamanda Bakının tarixi ilə bağlı Heydər Əliyev Fondunun gördüyü işlər də təqdir olunub, yerli almanlar tərəfindən alqışlanıb.
Tədbir Bakı barədə mövzuların müzakirəsi ilə davam edib.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here