Ev Gündəm Azərbaycana görə alman deputata ŞOK cərimə

Azərbaycana görə alman deputata ŞOK cərimə

249
0
PAY

Almaniya Bundestaqının Xristian-Demokrat İttifaqından (CDU) olan deputat Karin Ştrents (Karin Strenz) 20 min avro cərimələnib.
Avropost.com-un məlumatına görə, buna səbəb onun “M-Trade” lobbi firması vasitəsi ilə 14 min və 30 min olmaqla rüşvət alması göstərilir.

Karin Ştrents
Karin Ştrents

Lobbi firmasına isə, Xristian Sosial Birlik (CSU) Partiyasının keçmi üzvü Eduard Lintner rəhbərlik edib.
Alman mediasının yazdığına görə, xanım Ştrenz Azərbaycandan aldığı pullara görə, Avropa Şurası Parlament Assambleyası ilə probemlərin yaşanmasına səbəb olub. O, artıq Avropa Parlamentində Almaniyanı təmsil etmək hüququndan məhrum edilib.
İndi xanım Ştrents Almaniya Bundestaqına 20 min avro cərimə ödəməlidir.
Məlumat üçün bildirək ki, xanım Ştrents Azərbaycanda siyasi məhbusların azad edilməsinə görə Avropa Şurasında çağırı edən yeganə alman deputat olub.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here