Ev Gündəm Sosial yardım, uşaq pulu və pensiya artdı – TAM SİYAHI

Sosial yardım, uşaq pulu və pensiya artdı – TAM SİYAHI

220
0
PAY

  Almaniyada 2019-cu ildə bir çox sahədə yeniliklər olacaq. Xüsusilə əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün alman hökuməti bir neçə qərar qəbul edib.

AzEuroNews.com onlardan ən önəmlilərini təqdim edir:

  • Minimum əmək haqqı

Almaniyada sosial sahədə qəbul edilən qərarlarda minimum əmək haqqı da nəzərə alıb. Belə ki, bir saata görə işçiyə ödənilən minimum 8,84 avroluq əmək haqqı 9,19 avroya qaldırılıb.

  • Uşaq pulu

Yeni ildə Almaniyada uşaq pulu da artacaq. Konkret olaraq gələn ilin iyun ayının birindən etibarən vətəndaşlara hər uşağa görə aldıqları məbləğə 10 avro daha əlavə ediləcək. Yəni, hər bir valideyn birinci və ikinci uşağa görə 204 avro, üçüncü uşağa görə 210 avro, üçdən çox uşağa görə isə, 235 avro alacaq.

Eyni zamanda uşaqlara baxmaq üçün dövlətin ödəyəcəyi məbləğ də artacaq. Belə ki, 7 yaşa qədər olan uşaqların baxım pulu 354 avro, 7-12 yaş arası uşaqların 406, 13 yaşdan yuxarı uşaqların baxım pulu isə, 476 avro təşkil edəcək.

  • Sosial yardımlar

Almaniya hökuməti 2019-cu ildə sosial və işsizliyə görə alınan yardımları da artıracaq. Belə ki, yeni ildən “Sosialhilfe”(Sosial yardım), “Arbeitslosengeld II” (İşsizlik pulu II) və “Hartz IV” kimi bilinən yardımlar artaraq aşağıdakı kimi olacaq :

Tək yaşayanların yardımı 8 avro artaraq 432 avro, 

Evli cütlüklərin yardımı 7 avro artaraq adambaşına 389 avro,

5 yaşına qədər olan uşaqların yardımı artaraq 250 avro,

6 və 13 yaşları arasındakı uşaqların yardımı artaraq 308 avro,

14 və 17 yaşlı gənclərin yardımı artaraq 328 avro təşkil edəcək.

  • Yeni əskinaslar

Yeni ildə Almaniyada yeni əskinaslar da dövriyəyə buraxılacaq. 100 və 200 avroluq əskinaslar Avopanın mifoloji simvolları ilə bəzədilib. Eyni zamanda həmin əskinaslarda yüksək təhlükəsizliyi təmin etmək məqsədi ilə qoruyucu bir neçə şey tətbiq edilib.

  • Pensiyalar artacaq

Alman hökuməti yeni ildə pensiyanerləri də fikirləşib. Belə ki, 21 milyon pensiyaçı iyunun 1-dən etibarən ortalama 45 avro artıq pensiya alacaq. Pensiyalar Şərqi Almaniyada 3,18 %, Qərbi Almaniyada isə, 3,91 % artacaq.

  • Telefon danışıqları ucuzlaşacaq

Almaniyada gələn ildən telefon danışıqları və qısa mesaj xidməti (SMS) də ucuzlaşacaq.

Belə ki, mayın 15-dən etibarən hər kəs Almaniya və Avropa dövlətləri ilə dəqiqəsi 19 sentdən danışa, biri 6 sent olmaqla SMS göndərə biləcəklər.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here