Ev Gündəm Jurnalistlər İnsan Hüquqları Günündə Amsterdamda toplaşdı – Fotolar

Jurnalistlər İnsan Hüquqları Günündə Amsterdamda toplaşdı – Fotolar

139
0
PAY

 10 dekabr İnsan Hüquqları Günü  ilə bağlı Niderland Krallığının paytaxtı Amsterdamda Almaniya, Hollandiya, Türkiyə və  Azərbaycandan olan jurnalistlərin iştirakı ilə tədbir keçirilib. AzEuroNews.com xəbər verir ki, tanınmış jurnalist, uzun illərdir Hollandiyada çalışan Basri Doğanın təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Hollandiyalı Jurnalistlər Birliyinin (Nederlandse Vereniging van Journalisten) başqanı Tomas Bruninq də iştirak edib.

Tomas Bruninq
Tomas Bruninq

Çıxış edə Tomas Bruninq bildirib ki, rəhbərlik etdiyi qurumun hazırda 8 mindən çox üzvü var. O, təkcə Hollandiyada deyil, dünyanın müxtəlif ölkələrindən Avropaya mühacirət etmək məcburiyyətində qalan bütün jurnalistlərə dəstəyini ifadə edib.

Cənab Bruninq mühacir jurnalistlərin Avropanın müxətlif ölkələrindəki aktiv fəaliyyətlərini də yüksək qiymətləndirdiyini dilə gətirib. O, çıxışının sonunda vurğulayıb ki, ifadə azadlığının olmadığı bir yerdə yaşam haqqından söhbət etmək mənasızdır.

Daha sonra İnsan Hüquqları Günündə dünyada həbsdə olan  və peşə fəaliyyəti ilə bağlı hələ də müxtəlif təzyiqlərlə üzləşən jurnalistlərə həsr edirlən video çarxlar nümayiş etdirilib.

Çıxış edən jurnalist və sənədli film rejissoru Yüksel Durqut Türkiyədə həbsdə olan jurnalistlərin vəziyyəti ilə bağlı danışıb. O, Amsterdamdan 140-dan çox həbsdə olan həmkarlarına dəstəklərini ifadə etdiklərini vurğulayıb.

Daha sonra çıxış edən yazar Cees Buys  insan haqları ilə bağlı neqati halların yaşanmasının kökündə duran səbəblərdən danışıb. O vurğulayıb ki, çox vaxt buna səbəb insanların bir-birilərini yaxşı tanımaması olur. Cənab Buys bildirib ki, dünyada hər şeyin başında sevgi olmalıdır: “İbadət belə sevgi ilə olamlıdır. Eyni zamanda insan məruz qaldığı təsirlərlə barışmalı və həyatına davam etməlidir. Belə olan halda o, çevrəsinə sevgi və gözəllik yaya bilər”.

Cees Buys
Cees Buys

Tədbirdə ‘Hicrət qeydləri’ adlı sənədli film də nümayiş etdirildi. Filmin qəhrəmanı, Türkiyədə 18 ay həbs həyatı yaşayan müəllim Adəm Korkut həbsxanada başına gələn maraqlı olaylardan və Hollandiyaya mühacirət etməsindən danışıb.

Adem Korkut
Adem Korkut

Dəvətlilər arasında olan tanınmış sənətçi Süvari isə, azadlığa qaçarkən Egey dənizində can verən Maden ailəsinin faciəsindən bəhs etikdən sonra ‘Feridun’ adlı əsərini səsləndirib.

Sonda tədbirdə iştirak edən jurnalistlərə xüsusi plaketlər verilib. İnsan Haqları Gününə Həsr edilən tədbir çay süfərsi ilə davam edib.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here