Ev Gündəm Yüzlərlə həmvətənimiz 100 yaşlı cümhuriyyətimiz üçün yürüdü – Foto / Video

Yüzlərlə həmvətənimiz 100 yaşlı cümhuriyyətimiz üçün yürüdü – Foto / Video

62
0
PAY

 Düsseldorf/ AzEuroNews.com ► ► ► Azərbaycan Xalq Cümhuriyyəti (AXC) quruluşunun 100-cü ili Almaniyanın Düsseldorf şəhərində böyük yürüş mitinqi ilə qeyd edilib. AzEuroNews.com-un məlumatına görə, yürüş mitinqinə Almaniyada yaşayan yüzlərlə həmvətənimiz qatılıb.

Yürüş mitinqi əvvəlcədən Düsseldorf şəhər polisi ilə razılaşdırıldığından həmvətənlərimizin təhlükəsizliyini 10-dan çox polis əməkdaşı qoruyub.

Bayram yürüşü saat 13:00-da Düsseldorf şəhər Mərkəzi Vağzalının qarşısından başlayıb. Yürüşə gələnlər əllərində Azərbaycan, Türkiyə bayraqları ilə yanaşı Xalq Cümhuriyyətinin qurucularının portretlərini tutaraq vətənpərvərlik mövzusunda bəstələnmiş nəğmələrin sədaları altında Düsseldorfun Qraf Adolf küçəsindən keçiblər.

Həmvətənlərimizin yürüşünə Düsseldorf şəhər sakinlərinin və xarici turislərin marağı da yüksək olub. Hətta bu şəhərdə yaşayan Türkiyə türkləri bayram yürüşünə qatılıblar.

Onlar  bir kilometdən çox məsafə qət edərək bayram mitinqinin keçiriləcəyi Graf Adolf Platza gəliblər.

Anar Orucov
Anar Orucov

► “Kanal 13” internet televiziyasın və “Avropost” qəzetinin baş redaktoru Anar Orucovçıxışına  bayram tədbirinə  toplaşanları AXC-nin 100 yaşı münasibəti ilə təbrik etməklə başlayıb: “Bu gün hər birimizin bayramıdır. Cümhuriyyətimizin 100 illiyini Vətənimizdən minlərlə kilometr uzaqda da olsa qeyd edə bilirik. Avropada bu qədər həmvətənimizin toplaşdığını xatırlamıram. Hər birinizin gələn ayaqları var olsun. Cümhuriyyətimiz qurularkən bir çox ilklərə imza atılıb. O ilklərin dandını bizə bu imkanı verən Almaniyada çıxarmaq məcburiyyətində qalmışıq”.

Yeganə Əmirsalan
Yeganə Əmiraslan

► Jurnalist Yeganə Əmiraslan AXC-nin növbəti ildönümünü Vətənimiz Azərbaycanda qeyd etməyi arzu edib: “Hələ də Azərbaycan televiziya kanallarının künc hissəsini böyük Məhəmməd Əmin Rəsulzadənin şəkilləri bəzəmir. Bu günə qədər də bəzəmirdi. Şərqdə ilk cümhuriyyəti yaradan M.Ə.Rəsulzadənin şəklindən utananlara ar olsun. O, bizim qürur ünvanımızdır”.

Rövşən Qəmbər
Rövşən Qəmbər

► Almaniyada yaşayan azərbaycanlı ziyalı Rövşən Qəmbər isə bildirib ki, Almaniya və Azərbaycan arasında münasibətlərin daha yaxşı olmasına, iki xalqın bir-birinə qaynayıb-qarışmasına çalışmaq lazımdır.

Əlövsət Əliyev
Əlövsət Əliyev

► Növbəti çıxışçı “Legat” inteqrasiya mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Əlövsət Əliyev vuğulayıb ki, milyonlarla əhalisi olan milıətlər var ki, onlar dövlət yarda bilməyiblər: “Biz həqiqətən xoşbəxtik. Ona görə ki, əhalimizin sayı 3 milyon olan zaman dövlətimizi yarada bilmişik. Bu bayramı hər il, hər kəs qeyd etməlidir. Azərbaycanda 28 Maydan möhtəşəm bir gün ola bilməz. Azərbaycanda bu dövləti yaradanlardan daha güclü, daha istedadlı insanlar ola bilməz”.

Bayram mitinqi Dövlət Himninin səsləndirilməsi və bayrağımız rəngdə şarların havaya buraxılması ilə başa çatıb.

 

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here