Ev Manşet “Azərbaycanlıların 50 % -i Almaniyaya müalicə üçün gəlir və birdəfəlik burda qalır”

“Azərbaycanlıların 50 % -i Almaniyaya müalicə üçün gəlir və birdəfəlik burda qalır”

66
0
PAY

Almaniyanın Bavariya əyalətinin Deggendorf şəhərində yerləşən kampın sakinləri Azərbaycandan və Afrikadan gələnlərdir. AzEuroNews.com xəbər verir ki, bu barədə məlumat Almaniyanın gündəlik “Bild” qəzetində nəşr olunub.

Qəzetin məlumatdında deyilir ki, son illər müalicə üçün Almaniyaya gələnlərin statistikasında rekord artım müşahidə edilir. Öz ölkələrində tibbi xidmətlərdən yararlana bilməyənlər Almaniyaya üz tutmaq məcburiyyətində qalırlar.

Qəzet yazır ki, qaçqınlar bəzi qəribə istəkləri çox vaxt həkimləri də təəcübləndirir. Məzələn, Afrikanın qərbində yerləşən Syerra-Leonedən gələnlər cinsi aktivliyi artıran “Viagra” dərmanı tələb edirlər.

“İndi Deggendorf şəhərindəki kampın sakinlərinin çoxu Syerra-Leone  və Azərbaycandan gələnlərdir. Azərbaycandan olanların çoxu müalicə məqsədi ilə Almaniyaya gəlib. Ancaq onların elə də ciddi problemləri yoxdur. Sadəcə müalicə adı altında Almaniyada qalmaq üçün olan prosesləri keçmək istəyirlər. Və onların buna xeyli vaxtı olur” – deyə qəzet yazır.

Məlumatda qeyd olunur ki, Deggendorfdakı kampın sakinləri dil kursuna gedə bilmirlər. Eyni zamanda onlara iş üçün icazə verilmir.

 

 

 

 

 

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here