Ev Hadisə Almaniyada soyuduculu TIR-da tapılan qaçqınlar ölümdən döndü

Almaniyada soyuduculu TIR-da tapılan qaçqınlar ölümdən döndü

151
0
PAY

Almaniyanın Dortmunt şəhərində bir TIR-da tapılan qaçqınlar ölümdən dönüb. Avropost.com AzEuroNews.com –a istinadən xəbər verir ki, “A1” avtobanında polis tərəfindən durdurulan soyuduculu TIR-da aralarında uşaqların da olduğu 8 qaçqın donmaqdan son anda qurtulub.

Polisdən verilən məlumata görə, qaçqınlar Almaniyaya gəlmək üçün soyuduculu TIR-a gizli miniblər. Litvalı sürücünün bundan xəbəri olmayıb. Sürücü “A1” avtobanı ilə hərəkət edən zaman qışqırıq səsləri eşidib. O, tez polisə məlumat verib. TIR-ın yük yeri açılan zaman 8 qaçqının donmaq üzrə olduğu görülüb.

Məlumatda qeyd olunur ki, hələlik onların haradan gəldiyi bilinmir. Onlar suyuduculu TIR-da 5-6 saat yol gəliblər. Xəstəxanaya aparılan qaçqınlar daha sonra sorğulanmaq üçün yerli qaçqın və miqrantlarla iş üzrə federal idarəyə aparılıblar.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here