Ev Hadisə Almaniyadakı qaçqın yataqxanalarında təhlükəsizlik tədbirləri artırıldı

Almaniyadakı qaçqın yataqxanalarında təhlükəsizlik tədbirləri artırıldı

192
0
PAY

Son aylar Almaniyada olan türk məscidlərinə hücum qaçqın yataqxanalarının təhlükəsizlik məsələsini də gündəmə gətirib. AzEuroNews.com xəbər verir ki, keçən ilin son 9 ayında Almaniyadakı qaçqın yataqxanalarına 211 dəfə hücum olub.

Əsasən sağçı radikal qruplar tərəfindən həyata keçirilən hücum zamanı qaçqın yataqxanalarına böyük zərər dəyib. Hücumların əksəriyyətinin məqsədi maddi ziyan vermək, orada məskunlaşan qaçqın və miqrantları qorxudmaq, yataqxana divarlarına yazılan yazılarla onları psixoloji gərginlik altından saxlamaq olub.

polis mescid yangin

Məlumatda qeyd olunur ki, hücumlarla bağlı statistika 2014-cü illə müqayisədə daha çoxdur. Belə ki, Suriyadan böyük qaçqın axının yaşandığı 2014-cü ildə 199 belə fakt qeydə alınıb. 2016-cı ildə isə, qaçqın yataqxanaları 866 dəfə hücuma məruz qalıb.

► Yataqxanalara “Həyacan siqnalı” quraşdırılır

Qaçqın yataqxanalarına yerli əhalinin hücumu burada yaşayan qaçqınların həyat təhlükəsizliyini yenidən gündəmə gətirib. Almaniya Miqrasiya və Qaçqınlar İdarəsinin (BAMF) Federal Daxili İşlər Nazirliyinə müraciəti əsasında yataqxanalara nəzarət bələdiyyə təhlükəsizlik xidmətlərindən alınaraq polisə verilib.

Artıq bir çox yataqxanada birbaşa polis və ya yanğınsöndürənləri çağırmaq üçün xüsusi aparat quraşdırılıb. Eyni zamanda yataqxanalar izləmə kameraları ilə təhciz olunub.

Məlumat üçün bildirək ki, son günlər Almaniyadakı türk məscidlərinə qarşı hücumlar artıb. Berlində “Koca Sinan camisi”nə və Ulm şəhərindəki bir digər türk məscidinə molotov kokteyli ataraq yandırıblar. Gronau şəhərində isə, “Fatih cami”sinin qapısına donuz başı asıblar.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here