Ev Hadisə Alman siyasətçi türkləri təhqir etdi: Bu dəvə çobanları …

Alman siyasətçi türkləri təhqir etdi: Bu dəvə çobanları …

116
0
PAY
André Poggenburg
André Poggenburg

Almaniya üçün Alternativ (Afd) Partiyasının Sachsen-Anhalts əyaləti başqanı André Poggenburg Almaniyada yaşayan türkləri təhqir edib. AzEuroNews.com xəbər verir ki, bu barədə alman panorama-news.de  saytı məlumat yayıb. Məlumatda deyilir ki, A. Poggenburg partiyasının Nentmannsdorf şəhərində keçirdiyi karnavalda çıxış edib. O, çıxışı zamanı Almaniyada olan türkləri çox ağır ifadələrlə təhqir edib.

“Bu dəvə çobanları olan türklər aid olduqları yerə qayıtmalıdır. Vətənsiz, sərsəri və qürursuz türkləri Almaniyada istəmirik” deyə A. Poggenburg bildirib.

Almaniya prezdienti Frank-Valter Ştaynmayer
Almaniya prezdienti Frank-Valter Ştaynmayer

Poggenburgun sözlərinə ilk reaksiya Almaniya prezdienti Frank-Valter Ştaynmayerdən gəlib. O, bildirib ki, bəzi siyasətçilər səviyyəsizliyi, mərhəmətsizliyi və nifrəti özləri üçün siyasət ediblər.

Məlumata görə, A. Poggenburgun türkləri təhqir etməsi Dresden şəhər prokurorluğu tərəfindən araşdırılır.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here