Ev Hadisə  İKEA-nın qurucusu 91 yaşında öldü

 İKEA-nın qurucusu 91 yaşında öldü

162
0
PAY

İsveçin nəhəng şirkətlərindən sayılan İKEA-nın qurucusu ölüb. AzEuroNews.com-un məlumatına görə, İngvar Kamprad 91 yaşında ağır xəstəlikdən sonra həyatla vidalaşıb.

ikea 2

Məlumat üçün qeyd edək ki,  17 yaşında İKEA-nı quran İngvar Kamprad dünya milyonçuları sırasında idi. “Bloomberg” indeksinə görə 41 milyard dollar sərvətə sahib olan İngvar Kamprad buna baxmayaraq ikinci əl paltar geyinib, saçını isə, ən ucuz bərbərdə kəsdirib. Sonuncu müsahibəsində həyatda yeganə səhvinin Adolf Hitlerin rəhbərlik etdiyi Nasional Sosialist Alman Fəhlə Partiyasının üzvü olması olduğunu bildirmiş və buna görə, utandığını vurğulamışdı.

family4_1455269419

1940-cı ildə təməli qoyulan İKEA 1960-cı illərdə populiyarlaşmağa başlayıb. Avropa dövlətləri də daxil olmaqla dünyanın bir çox ölkəsində mağazsı olan İKEA-nın təkcə Türkiyədə 7 satış mağazası var.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here