Ev E-Qanun Almaniyada bağlanmış saxta nikahların ağır nəticələri

Almaniyada bağlanmış saxta nikahların ağır nəticələri

523
0
PAY

Almaniyada saxta nikahlarla əcnəbilərə müvəqqəti və daimi yaşamaq icazəsi alan nikah büroları ifşa olunmaqda davam edir. “Legat” inteqrasiya mərkəzindən AzEuroNews.coma daxil olan məlumatda deyilir ki, bu yaxınlarda Berlin şəhərində 7 ildən bəri fəaliyyət göstərən belə bir “təşkilat” və həmin təşkilatın dəstəyi ilə baş tutmuş 50-dən çox saxta nikah ifşa edilib. Bu “təşkilat” Almaniyada alman vətəndaşı və ya Almaniyada daimi yaşamaq hüququ olan şəxslə əcnəbinin müəyyən ödəniş müqabilində nikahını təşkil edib. “Rheinischepost” qəzetinin məlumatına görə, Berlin məhkəməsi bu kriminal quruma rəhbərlik edən şəxsi 5 il azadlıqdan məhrum edib.

Hochzeitspass
Hochzeitspass

Almaniya hüquq mühafizə orqanlarının məlumatına əsasən, Almaniyada hər il minlərlə şəxs əcnəbilərlə nikaha daxil olur. Bununla bağlı əcnəbilərlə iş idarəsi saxta nikahların müəyyən olunması üçün çoxlu metod və üsullardan istifadə edir.

Tərəflərdən biri Almaniyada daimi və ya müvəqqəti yaşamaq hüququna malik olmayan şəxsdirsə, Almaniya Federativ Respublikasının əcnəbilərlə iş idarəsi belə nikaha şübhə ilə yanaşır və həmin nikahları ətraflı yoxlayır.

Aşağıdakı əlamətlərlə nikaha daxil olmaq istəyənlər şübhəli hesab olunur və mütləq araşdırılır:

►Tərəflər arasında yaş fərqi həddindən artıq çox olduqda;

►Tərəflərdən birinin qaçqın statusu almaq üçün müraciət etmiş şəxs olması və barəsində müsbət qərar qəbul edilməyən şəxs olması;

►Tərəflərin birinin digərinin dilini bilməməsi;

►Tərəflərdən birinin daimi və ya müvəqqəti yaşama hüququnu itirmə ehtimalı olması və.s.

Nikah Almaniyada deyil, əcnəbinin vətəndaşı olduğu ölkədə bağlanıbsa, bu halda onun Almaniyaya gəlişi ilə bağlı dəvət göndərilir və bu halda nikahın düzgünlüyü konsulluq əməkdaşları tərəfindən yoxlanılır. Əgər tərəf Almaniyaya nikaha daxil olmaq üçün gəlirsə, bu halda o turist vizası ilə deyil, evlilik vizası ilə Almaniyaya gəlməlidir.

Nikahın düzgün olub–olmadığını araşdıran məmur tərəfləri ayrı-ayrılıqda dindirə bilər. Dindirmə bəzi hallarda saatlarla davam edə bilər. Dindirmə zamanı tərəflərin bir yerdə yaşamasını və həqiqətən tanış olmalarını yoxlamaq üçün mənzil və ev şəraiti, nikahın harada və kimlərin iştirakı ilə bağlanması haqqında, tərəflərə nikaha girmək istədiyi şəxsin ailə üzvləri haqqında, habelə, şəxsi xarakterli suallar verilə bilər.

Əcnəbilərin Almaniyaya gəlməsi haqqında (Aufenhaltsgesetz) qanununda birmənalı olaraq göstərilir ki, əcnəbi ilə saxta nikaha (mükafat almaq üçün və ya əcnəbiyə daimi yaşamaq icazəsi almaq üçün) daxil olmaq cinayət hesab olunur və bu cinayətə görə böyük məbləğdə cərimə, bəzi hallarda azadlıqdan məhrumetmə halları da tətbiq olunur.

► Onu da qeyd edək ki, Almaniya qanunvericiliyinə görə saxta nikaha girmək özlüyündə cinayət məsuliyyəti yaratmır. Lakin əcnəbiyə Almaniyada daimi və ya müvəqqəti yaşamaq icazəsi almaq üçün tərəflər nikaha daxil olursa, bu hal üçün cinayət məsuliyyəti nəzərdə tutulub.

Müvəqqəti və ya daimi yaşamaq hüququ almaq üçün saxta nikaha daxil olmaq alman vətəndaşının cinayət məsuliyyətinə cəlb olunması ilə yanaşı həm də əcnəbinin Almaniyadan deportasiyasına səbəb olur.

Bu cür qanunsuz işlər görən qruplar vasitəsiylə nikaha daxil olmağın qiyməti təqribən 15.000-50.000 avro təşkil edir.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here