Ev E-Qanun Öz ölkəsində mülkü olan mühacirlərin sosial yardımı kəsiləcək-QƏRAR

Öz ölkəsində mülkü olan mühacirlərin sosial yardımı kəsiləcək-QƏRAR

1304
0
PAY

Öz ölkəsində daşınmaz əməlak sahibi olan mühacirlərin sosial yardımı kəsiləcək. Avropost.com AzEuroNews.coma istinadən xəbər verir ki, beynəlxalq anlaşma çərçivəsində alınan qərar ilkin olaraq Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının  (ATƏT) üzvü olan ölkələrə şamil ediləcək.

qacqin almaniya

► Artıq ATƏT 57 üzv ölkə arasında avtomatik məlumat ötürmə sistemini işə salıb. Bu sistem sayəsində öz ölkəsində ev, maşın və s. daşınar və daşınmaz əmlaka sahib olan və hazırda Avropa ölkələrindən sosial yardım alan mühacirlərin yardımı kəsiləcək. Tətbiq olunacaq sistemdə bəzi sərt qaydalar da var.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT)

► Məsələn onlarda biri, mal varlığı aşkarlanan mühacirlərin sığındığı ölkədən bu günə kimi aldığı sosial yardımı hissə-hissə qaytarmağa məcbur edilməsidir.

► 2016-cı ildən hazırlanana bu sistem isə, 2018-ci ilin yanvarın 1-dən tətbiq olunacaq. Sistemin tətbiqinin ən çox Avropada xüsusilə, Almaniyada kompakt yaşayan və sosial yardım alaraq öz ölkələrinə yatırım edən Türkiyə vətəndaşlarına təsir edəcəyi gözlənilir.

Capture

► Məlumat üçün qeyd edək ki, Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. 2016-cı ildə Dünya Azərbaycanlıları Konqresi tərəfindən aparılan statistikaya görə, təkcə Almaniyada 300 min həmvətənimiz yaşayır. Onlar əsasən ölkənin  Berlin, Bremen, Hamburq, Mayns, Frankfurt-Mayn, Münhen kimi şəhərlərində kampakt və dağınıq şəkildə məskunlaşıblar.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here