Ev Manşet Almaniyada  əcnəbi sayı 10 milyonu keçdi-STATİSTİKA

Almaniyada  əcnəbi sayı 10 milyonu keçdi-STATİSTİKA

533
0
PAY

DORTMUND –  Almaniyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb. AzEuroNews.com-un Avropa Bürosunun məlumatına görə, bu barədə Federdal Statistika İdarəsi məlumat yayıb. İdarənin məlumatına görə, əcnəbilərin sayı hesablanarkən alman vətəndaşlığı olanlar siyahıya əlavə edilməyib. Beləcə məlum olub ki,  ölkədə 10 milyondan çox əcnəbi yaşayır.

Mühacir axını ilə 23 % artı…

Əcnəbilərin sayının artmasında mühacir axınının da köməyi olub. Belə ki, 2015-2016-cı illər arası bu ölkəyə gələn mühacirlərin sayəsində əcnəbilərin sayı 23 % artıb.

İki ildə 1.9 milyon nəfər artan Almaniyadakı əcnəbi sayı 1967-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

2015-ci ildən bəri Almaniyaya gələn əcnəbilərin sırasında ilk yeri 520 min nəfərlə suriyalılar durur. Siyahıda suriyalıları 178 min ilə əfqanlar və 138 min 500 nəfərlə iraqlılar izləyir.

Statistik məlumatda qeyd olunur ki, 2015-ci ildən indiyə kimi 230 min əcnəbi Almaniya vətəndaşlığına keçib.

 

Türklər ən böyük qrup statusunu saxlayır…

Almaniyada əcnəbi statusunda yaşayanların arasında ən böyük qrup statusunu türklər öz əllərində saxlayır. Belə ki, 2015-ci ilin hesablamalarına görə, Almaniyada 1 milyon 506 min 113 nəfər türk yaşayır. Türkləri 740 min 962 nəfərlər polyaklar və 596 min 127 nəfərlər italiyanlar izləyir.

ŞƏRH YAZIN

Xahiş edirik şərh daxil edin.
Please enter your name here